Ana Sayfa > Gündəm > Rövşən Rzayev Ağdam və Bərdədə köçkünlərlə görüşüb

Rövşən Rzayev Ağdam və Bərdədə köçkünlərlə görüşüb


31-05-2018, 15:36. Yazar: sevinc1
Rövşən Rzayev Ağdam və Bərdədə köçkünlərlə görüşüb



Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağdam rayonunun Quzanlı qəsəbəsində və Bərdə rayonunda məcburi köçkünlərlə görüşüb.



aia.az xəbər verir ki, məcburi köçkünləri dinləyən Dövlət Komitəsinin sədri mövcud problemlər, görülən işlərlə bağlı söhbətlər aparıb, qaldırılan məsələlərlə bağlı geniş izahat verib. Eyni zamanda problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün müvafiq konkret tapşırıqlar verib.



Görüşlərdə məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər və digər bu kimi məsələlərlə bağlı müraciətlər edilib.



Görüşlərdə məcburi köçkünlər minnətdarlıq edərək, daim dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını söyləyiblər.

aia.az
Geri dön