Ana Sayfa > Təhsil > Məleykə Abbaszadə: Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər

Məleykə Abbaszadə: Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər


30-05-2018, 15:57. Yazar: sevinc1
Məleykə Abbaszadə: Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər


Azərbaycan cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Azərbaycanda qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, regional ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alanların 80-100 faizi qızlar olur:

"Burada başqa bir stereotiplər də var. Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər. Çünki istəyirlər ki, qızları gözlərinin qabağında olsun. Dəniz Akademiyasının tələbələrinin 99,9 faizi oğlandır. Bu akademiyaya qəbul qaydalarında yazılıb ki, oraya yalnız oğlanlar qəbul olunur. Keçən il bir qız kapitan olmaq istəyirdi. Buna görə də Dəniz Akademiyasına qəbul üçün bizə müraciət etdi və bildirdi ki, onun Konstitusiya hüquqları pozulur, onu niyə qəbul etmirlər. Mən akademiyanın rəhbərliyinə müraciət etdim. Keçən il yalnız o qız yüksək balla Dəniz Akademiyasına qəbul olundu. Bizim rəqəmsal bərabərsizliyimiz buradan başlayır. Bu stereotipləri aradan qaldırmalıyıq".

aia.az
Geri dön