Ana Sayfa > Karusel / Ölkə > “Düşünürlər ki, pensiyaya kimi yaşamayacaqlar” – Nazir müavini

“Düşünürlər ki, pensiyaya kimi yaşamayacaqlar” – Nazir müavini


30-05-2018, 14:55. Yazar: sevinc1
“Düşünürlər ki, pensiyaya kimi yaşamayacaqlar” – Nazir müavini


“Dünya əhalisinin 60 faizi, Avropa Birliyinə daxil olan ölkələrdə əhalinin isə 18-20 faizi qeyri-rəsmi fəaliyyət göstərir”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, qeyri-rəsmi məşğulluğu tamamilə aradan qaldırmaq mümkün deyil: “Hətta inkişaf etmiş ölkələrdə belə qeyri-rəsmi məşğulluq var. Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində addımlar atılır. Burada kompleks yanaşma olmalıdır, daha çox stimullaşdırıcı tədbirlər görülməlidir. Həmçinin maarifləndirmə də burada böyük rol oynayır. Bəzən insanlar pensiya yaşına qədər yaşamayacaqlarını düşünürlər. Ona görə də rəsmi məşğulluğa maraq göstərmirlər”.


aia.az
Geri dön