Ana Sayfa > Təhsil > İmtahanda 60 bal toplayan müəllim: “İş yerimi dəyişəcəyəm”

İmtahanda 60 bal toplayan müəllim: “İş yerimi dəyişəcəyəm”


30-05-2018, 14:16. Yazar: sevinc1
İmtahanda 60 bal toplayan müəllim: “İş yerimi dəyişəcəyəm”


Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.



Modern.az-ın məlumatına görə, 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.



Eyni zamanda diaqnostik qiymətləndirmədə ən yüksək nəticəni göstərən gənc xanım 20.000 müəllimin arasında bu nəticəyə nail olub.



O, riyaziyyat müəllimi olan Vəfa Babayevadır.



Modern.az saytı gənc müəllimə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.



“Çox sevincliyəm. Müəllimlərin diaqnostik qiymətləndirməsinə qatılmamaq şansım da vardı. Bundan əvvəl də 55 bal toplayaraq yüksək nəticə göstərmişdim. Amma içimdə 60 bal toplamaq sevgisi də vardı. Ona görə də imtahanlara qatıldım və ən yüksək balı topladım. Güman ki, bu nəticədən sonra iş yerimi dəyişəcəyəm. Çünki 60 bal toplamaqla bu şansa nail oldum”.



Vəfa Babayeva bir qədər özü barədə də məlumat verib.



“1990-cı ildə Ağsu rayonunun Kalva kəndində anadan olmuşam. 2007-ci ildə Yasamal rayonu 13 nömrəli məktəbi bitirib, həmin ildə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuşam. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 55 balla Ağsu rayonu Dilman kənd orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişəm. 2017-ci ildə yerdəyişmə müsabiqəsində iştirak edərək Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 187 nömrəli məktəbdə fəaliyyətimi davam etdirirəm”.



aia.az
Geri dön