Ana Sayfa > Manşet / Siyasət > Putin-Əliyev-Paşinyan görüşü gözlənilir?

Putin-Əliyev-Paşinyan görüşü gözlənilir?


29-05-2018, 12:43. Yazar: sevinc1
Putin-Əliyev-Paşinyan görüşü gözlənilir?




Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya prezidenti ilə Ermənistanın baş naziri və Azərbaycan prezidentinin yaxın günlərdə üçtərəfli görüş keçirəcəkləri barədə yayılan məlumatları təkzib edib.
AzVision.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan jurnalistlərə açıqlamasında belə bir görüşün planlaşdırılmadığını bildirib.

“Hazırkı məqamda belə bir razılaşma yoxdur”, – deyə Balayan vurğulayıb.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüş keçirəcəklərinə dair xəbərlər yayılıb. Rusiyalı politoloq Maksim Mayorov isə bildirib ki, üçtərəfli görüş bu il ərzində baş tutacaq.

aia.az
Geri dön