Ana Sayfa > Karusel / Gündəm > Deputatın general qardaşı işdən çıxarıldı

Deputatın general qardaşı işdən çıxarıldı


29-05-2018, 12:30. Yazar: sevinc1
Deputatın general qardaşı işdən çıxarıldı




Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.

aia.az Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.Onun yerinə isə gömrük xidməti polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.

Dövlət Gömrük Komitəsindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Baba Salayev deputat Hacı Salayevin qardaşıdır.

aia.az
Geri dön