Ana Sayfa > Karusel / Gündəm > Əfv sərəncamının icrası başa çatıb
Əfv sərəncamının icrası başa çatıb25-05-2018, 15:08. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası başa çatıb. aia.az-ın məlumatına görə, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib. Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Qeyd edək ki, bu, 64-cü əfv sərəncamıdır. aia.az Geri dön |