Ana Sayfa > Gündəm / Manşet / Karusel > Hafiz Hacıyevdən Naqif Həmzəyevə sərt təpki
Hafiz Hacıyevdən Naqif Həmzəyevə sərt təpki3-12-2015, 11:58. Yazar: admin |
Müasir Müsavat Partiyası (MMP) yeni seçilmiş deputat Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsələndirdiyi fikirlərə etiraz edib Bu barədə mia.az-a açıqlama verən partiya sədri Hafiz Hacıyev deyib ki, Rəsulzadənin kim olduğunu anlamayan bir adamın parlamentdə oturdulması Azərbaycan xalqına təhqirdir: "Bu adamın dediyi fikirlər əziz qardaşım prezident İlham Əliyevin Rəsulzadəyə verdiyi qiymətin üstündən xətt çəkir. Belə çıxır ki, bu adam dövlət başçısının da mövqeyinin əleyhinə gedir. Bu cür adamlar xalqın qınağına tuş gəlməlidir. Mən gəncəliləri səsləyirəm ki, onu parlamentdən geri çağırsınlar. Parlamentdə oturan deputatlara da üzümü tutub deyirəm ki, bu barədə mövqelərini sərt şəkildə bildirsinlər". MMP sədri onu da nəzərə çatdırıb ki, parlamentdəki deputatlardan bu məsələdə həmrəylik nümayiş etdirilməsini gözləyir. Geri dön |