Ana Sayfa > Manşet / Siyasət > Paşinyan “Qarabağ klanı”na növbəti zərbə vurdu
Paşinyan “Qarabağ klanı”na növbəti zərbə vurdu24-05-2018, 11:33. Yazar: sevinc1 |
Ermənistan baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Movses Akopyanın istefaya göndərilməsini tələb edib. Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə prezident Armen Sarkisyana müraciət edib. “Mən prezidentə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin digər vəzifəyə keçirilməklə tutduğu vəzifədən azad edilməsini təklif etdim” – deyə Paşinyan bildirib. Onun sözlərinə görə, qərar qarşılıqlı razılaşma əsasında qəbul edilib. Paşinyan həmçinin, bu gün yeni Baş Qərargah rəisinin təyin olunacağını da elan edib. Xatırladaq ki, Movses Akopyan bundan əvvəl Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olub. O, “Qarabağ klanı”nın orduda ən güclü dəstəyi sayılırdı. aia.az Geri dön |