Ana Sayfa > Manşet / Siyasət > Eldar Namazov: “Rüstəm İbrahimbəyovun filminə baxandan sonra ona fikrimi bildirəcəm”
Eldar Namazov: “Rüstəm İbrahimbəyovun filminə baxandan sonra ona fikrimi bildirəcəm”24-05-2018, 11:25. Yazar: sevinc1 |
Tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun ssenari müəllifliyilə 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb. Səbəb filmdə Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasıdır. Filmin rejissoru Eldar Şengelaya ilə Fuad İbrahimbəyovdur. Modern.az saytı vaxtilə Rüstəm İbrahimbəyovla bir cəbhədə dayanmış siyasətçilərin məsələ ilə bağlı mövqelərini öyrənməyə çalışıb. Deportasiya Qurbanları Cəmiyyətinin idarə heyətinin sədri Eldar Namazov saytımıza açıqlamasında filmə baxmadığını desə də, bəzi fikirlərini dilə gətirib. “Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filminin geniş müzakirələrə səbəb olması barədə xəbərləri mən də oxudum. Daha düzgünü o olardı ki, o filmə baxıb fikrimizi bildirək. Mən Ayaz Salayevin məqaləsini oxuyub ancaq məqaləyə münasibət bildirə bilərəm, filmə yox. Filmə münasibət bildirməyim üçün mütləq ona baxmalıyam. Təbii ki, o zaman fikrimi bildirəcəm. Elə anlaşılmasın ki, məsələdən yayınmaq fikrindəyəm. Ancaq filmə baxmadan da bəzi fikirlərimi ictimaiyyətə çatdırmaq istəyirəm. Qarabağ məsələsi ilə bağlı bəzi sənədlər hazırlayıram. Məsələyə həm diplomatik, həm hərbi, həm də psixoloji aspektdən baxıram. Mənə elə gəlir ki, Azərbaycanda iki xoşagəlməz stereotip formalaşıb. Hansı ki, o stereotiplər ümumi işimizə mane olur. Birincisi, “harda gördün erməni, vur başına gülləni” yanaşmasıdır ki, bu da doğru deyil. Çünki Ermənistanın daşnak hakimiyyəti bütün dünyaya bəyan edir ki, azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Ona görə də Qarabağ Azərbaycanın tərkibinə qayıda bilməz. Biz onlara həmişə belə cavab veririk ki, “bu, faşist yanaşmasıdır”. Azərbaycan Konstitusiyasını, ərazi bütövlüyümüzü qəbul edən, qanunlarımıza hörmətlə yanaşan hər bir insan, o cümlədən də erməni Azərbaycan ərazisində yaşaya bilər. İkinci stereotip odur ki, kimlərsə özlərini yaxşı göstərmək üçün ermənilərin hərəkətlərinə göz yumub, onların xoşuna gəlmək üçün hansısa hərəkətlər edirlər. Bu da başqa qütbdə olan yanlış mövqedir. Hər bir insan öncə ədalətli olmalıdır ki, hadisələri olduğu kimi təsvir edə bilsin. Bizim torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var. Bunların hər birinə görə erməni işğalçıları məsuliyyət daşıyırlar. Bunları kənara qoyub ermənini başqa cür təsvir etmək də yanlış yanaşmadır. Ona görə də biz bu iki stereotipdən qaçmalıyıq”. “Qafqaz üçlüyü” filminə baxandan sonra Rüstəm İbrahimbəyova etiraz edəcəksizmi” sualına E.Namazov bu cür cavab verib. “Son 4-5 il ərzində Rüstəm İbrahimbəyovla ünsiyyətdə olmamışıq. Yalnız qardaşı Maqsud İbrahimbəyov rəhmətə gedəndə telefon açıb başsağlığı verdim. Ona görə də filmə baxandan sonra fikrimi bildirəcəm”. Milli Şuranın sədri Cəmil Həsənli isə qısa olaraq belə cavab verib: ““Qafqaz üçlüyü” filminə baxmamışam. Baxmadığım film haqqında necə danışım axı!”. aia.az Geri dön |