Ana Sayfa > Təhsil > Prezident Bakıda məktəblərin tikintisinə 40 milyon ayırıb

Prezident Bakıda məktəblərin tikintisinə 40 milyon ayırıb


23-05-2018, 17:06. Yazar: sevinc1
Prezident Bakıda məktəblərin tikintisinə 40 milyon ayırıb



Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az xəbər verir ki, sərəncama əsasən Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

aia.az
Geri dön