Ana Sayfa > Qərbi Azərbaycan > 43 yaşlı qadın üç uğursuz hamiləlikdən sonra ana ola bildi

43 yaşlı qadın üç uğursuz hamiləlikdən sonra ana ola bildi


23-05-2018, 15:28. Yazar: sevinc1





ATU həkimləri daha bir ailənin övlad sahibi olmasına kömək etdilər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimlərinin köməyilə 43 yaşlı qadın ilk dəfə ana olmaq sevincinə qovuşub. 5 illik evlilik zamanı 3 uğursuz hamiləliklə üzləşən qadın ATU-nun I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovaya müraciət edib.

Həkimin sözlərinə görə, I hamiləlik 2013-cü ildə 24 həftəlikdə dölün bətndaxili inkişaf ləngiməsi və olümünə görə süni doğuşla; II hamiləlik 2013-cü ildə 12 həftəlikdə, III hamiləlik isə 2014-cü ildə 14 həftəlikdə dölün bətndaxili inkişafdan qalması və düşüklə nəticələnib.

Xanımın dördüncü hamiləliyi ATU həkimlərinin nəzarəti altında keçirilib. Müayinələr zamanı qadında simptomsuz bakteriyauriya, hestasion diabet, birincili hipotireoz, trombofiliya üzrə 4 mutasiya aşkar edilib. N.Axundovanın sözlərinə görə, qadının və həyat yoldaşının (52 yaş) yaşının çox olması ilə əlaqədar döldə yarana biləcək xromosom anomaliyalarını və anadangəlmə inkişaf qüsurlarını nəzərə alaraq, ikili və dördlü tarama testləri aparılıb. Hər iki testin cavabı qeyri-qənaətbəxş olduğundan, amniosentez olunub, dölyanı maye kariotip müayinə üçün götürülüb. Yalnız kariotiplənmənin cavabı normal çıxdıqdan sonra hamiləlik yenidən davam etdirilib.

Hamiləlik müddətində qadına aşağı molekul çəkili heparin, antibakterial, saxlayıcı müalicə, eləcə də endokrin pozulmalara görə müalicə təyin edilib. Hamiləliyin 26-cı həftəsindən sonra hestasion hipertenziyaya görə müalicə də əlavə olunub.

Bütün çətinliklərə baxmayaraq hamiləlik uğurla nəticələnib. Hamiləliyin 36-cı həftəliyində qeysəriyyə kəsiyi əməliyyatı aparılıb. Nəticədə çəkisi 2500 qram, boyu 48 sm olan uşaq dünyaya gəlib. Həkim bildirir ki, ana və yenidoğulmuş körpə vəziyyətdə evə yazılıblar.

aia.az



Geri dön