Ana Sayfa > Parlament > “BakuBus”dan piyadanın vurulması ilə bağlı AÇIQLAMA
“BakuBus”dan piyadanın vurulması ilə bağlı AÇIQLAMA23-05-2018, 15:08. Yazar: sevinc1 |
“BakuBus” MMC mayın 22-də piyadanın vurulması ilə nəticələnən nəqliyyat hadisəsi barədə açıqlama verib. Qurumun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 22 may saat 23:30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) qeydə alınıb. “Piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına çıxıb və o, həmin nəqliyyat vasitəsinə dəyib. Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir”. Rəsmi məlumata görə, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. aia.az Geri dön |