Ana Sayfa > Siyasət > Milli Məclis 20 məsələni gündəliyə saldı

Milli Məclis 20 məsələni gündəliyə saldı


23-05-2018, 14:42. Yazar: sevinc1
Milli Məclis 20 məsələni gündəliyə saldı


Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçriləcək.

Bu barədə aia.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Qurum rəsmisi bildirib ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib.

“Parlamentin mayın 31-də keçriləcək iclası 2018-ci il yaz sessiyasının sonuncusu hesab edilir”.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:


1.”Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişikliklər edilməsi barədə Konstitusiya qanununu layihəsi;

2. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

3. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi 3-cü oxunuşda;

4. “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik;

5. Torpaq Məcəlləsinə dəyişiklik;

6. “Dövlət topaq kadastrı və torpaqların monitorinqi və yer quruluşu haqqında” qanuna dəyişiklik;

7. “Notariat haqqında” qanuna dəyişiklik;

8. “Banklar haqqında” qanuna dəyişiklik;

9. “Poçt haqqında” qanuna dəyişiklik;

10. “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik;

11. “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik;

12. “Bədən tərbiyyəsi və idman haqqında” qanuna dəyişiklik;

13. “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik;

14. “Qiymətli kağızlar haqqında” qanuna dəyişiklik;

15. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;

16. “Lisenziyalar və icraələr haqqında” qanuna dəyişiklik;

17. Torpaq Məcəlləsinə dəyişiklik;

18. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

19. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi;

20. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsul Nizamnaməsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi.



aia.az
Geri dön