Ana Sayfa > Ölkə > Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılır


23-05-2018, 10:22. Yazar: sevinc1
Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılır


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) aia.az-a verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu 23 may 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.



Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

aia.az
Geri dön