Ana Sayfa > Karusel / Ölkə > Səhhəti pisləşən Musa Yaqubdan xəbər var
Səhhəti pisləşən Musa Yaqubdan xəbər var23-05-2018, 09:52. Yazar: sevinc1 |
"Musa müəllimin səhhəti yaxşı deyil. Hələ ki, yaxşılığıa doğru bir şey yoxdur. Müalicəsi üçün dərmanlarını xaricdən gətirdirik. Hazırda İsmayıllıda – Buynuz kəndindədir”. aia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış şair Musa Yaqubun nəvəsi Rüfət Qarazadə babasının səhhəti barədə danışarkən deyib. O, bildirib ki, babasının qida qəbul edə bilməməsi vəziyyəti bir az da çətinləşdirir: "Əslində, 20 ilə yaxındır ki, parkinson adlı xəstəlikdən əziyyət çəkir. İndi isə xəstəlik özünü daha ağır formada göstərir. Həkimlər xəstəliyin ağırlaşmasını yaşla da əlaqələndirirlər. Həmçinin, qidalanmasında problem var. Yeməyi zəifləyib. Yemək yemədikcə, halı bir da zəifləyir. Ağrılar ayaqlarına vurur”. Rüfət Qarazadə babasının səhhəti ilə maraqlananlardan da söz açıb. "Musa müəllimlə mütəmadi olaraq maraqlanırlar. Yazıçılar Birliyinin üzvləri, qələm dostları, jurnalistlər, Milli Məclisin deputatları vaxtaşırı zəng edib, əhvalını xəbər alırlar. Sağ olsunlar! Musa müəllim, yay vaxtı hər il kəndə gəlib. Bu vəziyyətdə belə kağız- qələmi yerə qoymur. Öz nəticəsi üçün dünən bir şeir də yazıb. Şair adam üçün təbiət ən gözəl ünsiyyətdir. Sadəcə olaraq gördüklərini dilə gətirə bilmədikcə, daha da üzülür. Bu məsələlər ona təsir edir” Qeyd edək ki, 81 yaşı mayın 10-da tamam olan şair xeyli müddətdir xəstə yatır. aia.az Geri dön |