Ana Sayfa > Siyasət > Yeni qanun deputatlar arasında narazılığa səbəb oldu
Yeni qanun deputatlar arasında narazılığa səbəb oldu22-05-2018, 15:37. Yazar: sevinc1 |
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı sənəddəki “ağlabatan” ifadə ilə bağlı narazılıq ediblər. AzVision.az-ın məlumatına görə, komitənin üzvü Rafiq Məmmədhəsənov bildirib ki, bu sözü digəri ilə əvəz etmək lazımdır: “Ağlabatan, ağlabatmayan… Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb. Bu, düzgün deyil”. Deputat Aytən Mustafayeva da buna etirazını bildirib: “Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”. Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: “Bu gün leksikonumuza daxil olan elə sözlər var ki, onları başqa cür ifadə etməyə çətinlik çəkirik. “Tormoz” sözünü “Əyləc” sözü ilə necə əvəz etdiksə, zamanla bunları da dəyişəcəyik". aia.az Geri dön |