Ana Sayfa > Parlament > Pakistanda şiddətli istilər 65 nəfəri öldürdü
Pakistanda şiddətli istilər 65 nəfəri öldürdü22-05-2018, 15:08. Yazar: sevinc1 |
Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır. Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir. Qeyd olunur ki, Ramazan ayı davam etsə də, şəhər rəhbərliyi sakinləri çoxlu su içməyə və evdən çıxmamağa çağırır. Xatırladaq ki, 2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu. aia.az Geri dön |