Ana Sayfa > Karusel / Ölkə > Bakıdakı partlayışla bağlı bir vəzifəli şəxs saxlanıldı

Bakıdakı partlayışla bağlı bir vəzifəli şəxs saxlanıldı


22-05-2018, 11:53. Yazar: sevinc1
Bakıdakı partlayışla bağlı bir vəzifəli şəxs saxlanıldı




Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub.


aia.az Lent.az-a istinadən xəbər verir ki, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi “Azərtransservis” ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

aia.az
Geri dön