Ana Sayfa > Karusel / İqtisadiyyat > Deputat 2017-ci ilin büdcəsini tənqid etdi
Deputat 2017-ci ilin büdcəsini tənqid etdi22-05-2018, 11:44. Yazar: sevinc1 |
"2017-ci ilin büdcəsində gəlirlərlə bağlı bir sıra problemlər var. Xüsusilə də gəlir və əlavə dəyər vergisində. Ümid edirəm ki, bu istiqamətdə Maliyyə Nazirliyi və aidiyyatı qurumlar araşdırmalar aparacaqlar. Məsələnin növbəti illərdə təkrarlanmaması üçün bu istiqamətdə işlərin aparılmasına ehtiyac var”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat hesab edir ki, büdcədə xərclərlə bağlı məsələlər normal yerinə yetirilir, amma digər hissə nəzarətsiz olduğuna görə bu sözləri demək çox çətindir. “Hesablama Palatası bu məsələləri dərindən araşdırır. Palatanın fəaliyyətinə geniş imkanlar yaradılmalıdır. Yaxşı olardı ki, “Dövlət maliyyə nəzarəti haqqında”qanun, Büdcə Məcəlləsi qəbul olunsun. Hesab edirəm ki, bu dövlət büdcəsindən səmərəli istifadə imkanlarını xeyli dərəcədə artıracaq. Həmçinin bu istiqamətdə problemlər olmasın deyə, birləşmiş monitorinqlər aparılmalıdır. Burada çıxışlarda bildirildi ki, pambılıqçılığa 200 milyon manat vəsait ayrılıb. Mən bunu alqışlayıram. Amma hər halda araşdırma da aparmaq lazımdır. Çünki 200 milyon manat az pul deyil. Oraya ayrılan pul özünü doğrulda biləcəkmi? Hesab edirəm ki, burada təkmilləşdirmələrə yol verilməsə özünü doğrultmayacaq”. Ə. Məsimli bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə dövlət büdcəsinin xarici borcu artıb. “Əvvəllər büdcədən borca xidmət 100 milyon manatlarla ölçülürdü. İndi artıq 1,5 milyard manatdır. Bu il isə xarici borc 2,2 milyard manatdır. Bunlar az pul deyil. Əvvəllər dövlət büdcəsinin 1-2 faizini xarici borca xərcləyirdik. İndi isə 10 faizdən artığını xərcləyirik. Mən ad çəkib reklam etmək istəmirəm. Azərbaycanda elə qurumlar var ki, dövlət zəmanəti ilə vəsaiti normal istifadə edir. Bunu bütün ölkə də görür. Amma elə təşkilatlar var ki, alır və yeyir. İstifadə etmir. Yaxud elə istifadə edir ki, sanki özünündür. Yaxşı olar ki, burada da araşdırmalar aparılsın. Kim ondan istifadə edirsə, ona 2-3 qat dövlət zəmanəti verilsin”. aia.az Geri dön |