Ana Sayfa > Manşet / Siyasət > “Bu səfər Serbiya ilə əlaqələrə yeni impuls verəcək” – Oqtay Əsədov
“Bu səfər Serbiya ilə əlaqələrə yeni impuls verəcək” – Oqtay Əsədov22-05-2018, 11:20. Yazar: sevinc1 |
“Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək”. Modern.az-ın məlumatına görə, bunu ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisdə olan Serbiya prezidenti Aleksandr Vuçiç deyib. Azərbaycanda olmaqdan məmnunluq ifadə edən prezident Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu deyib. Əlavə edib ki, iki ölkənin ən yüksək səviyyədə müansibətlərinin möhkəmləndirıməsi üçün imkanlar var və bu istiqamətdə lazımı addımlar atılır. Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsinə göstərdiyi dəstəyə görə təşəkkürün bildirən prezident qeyd edib ki, ölkəsi də hər zaman Azərbaycanın ərazi bütövlüyü, suverenliyini dəstəkləyəcək. “İnanıram ki, bu səfər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yeni impuls verəcək”. Bunu isə Milli Məclisin sədri Oqtay Əsədov deyib. Parlamentlərarsı münasibətləri yükəsk qiymətləndirən spiker beynəlxalq qurumlardakı əməkdaşlıqdan da razılıq edib. O əlavə edib ki, həlli vacib məsələlərdə də ölkələrimizin bir-birini dəstəkləməsi mühüm amillərdəndir. aia.az Geri dön |