Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda partlayış olub - 2 nəfər ölüb

Bakıda partlayış olub - 2 nəfər ölüb


21-05-2018, 16:00. Yazar: sevinc1
Bakıda partlayış olub - 2 nəfər ölüb


Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda, "Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.

aia.az
Geri dön