Ana Sayfa > Ölkə > İcra başçısının 1-ci müavini: “Şəhid əsgər mənim qohumumdur”

İcra başçısının 1-ci müavini: “Şəhid əsgər mənim qohumumdur”


21-05-2018, 14:36. Yazar: sevinc1
İcra başçısının 1-ci müavini: “Şəhid əsgər mənim qohumumdur”


Ordumuzun əsgəri Tatarov Adil Əli oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub. A. Tatarov doğulduğu Ağstafa rayon Qiraq Kəsəmən kəndində dəfn olunub.



Sosial şəbəkələrdə şəhidin Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovun yaxın qohumu olduğu qeyd olunub.



Modern.az məsələni dəqiqləşdirmək üçün R.Tatarovla əlaqə saxlayıb. O, faktı təsdiqləyib:



“Bəli, Adil Tatarov mənim qohumumdur. Amma bunun yaxın-uzaq qohum olmasının heç bir fərqi yoxdur. O, bir Azərbaycan övladıdır”.



R.Tatarov Allahdan cəmi şəhidlərə rəhmət diləyib: “Vətən sağ olsun!”



Qeyd edək ki, 4 bacının tək qardaşı olan A.Tatarovun hərbi xidməti başa vurmağına 4 ay qalıbmış.

aia.az
Geri dön