Ana Sayfa > Karusel / Cəmiyyət > Şəhid əsgərimiz dəfn edilib - FOTO

Şəhid əsgərimiz dəfn edilib - FOTO


21-05-2018, 13:26. Yazar: sevinc1
Şəhid əsgərimiz dəfn edilib - FOTO


Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

AzVision.az xəbər verir ki, şəhid əsgərimiz Ağstafa rayonu Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri, rayon ictimaiyyətinin və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dörd bacısı olan Adil ailənin yeganə oğul övladı olub.

aia.az
Geri dön