Ana Sayfa > Siyasət > Cavanşir Feyziyev: Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir

Cavanşir Feyziyev: Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir


19-05-2018, 14:28. Yazar: sevinc1
Cavanşir Feyziyev: Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir




Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir.

Trend-in məlumatına görə, bunu Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, bu münaqişə bütün regionun inkişafına maneə törədir:

“Avropa İttifaqı qitənin ən iri siyasi strukturu olaraq münaqişənin dinc yolla həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən bu münaqişəyə beynəlxalq norma və prinsiplərə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şəffaf, ədalətli və düzgün yanaşma gözləyir”.

aia.az
Geri dön