Ana Sayfa > Karusel / İdman > Mişel Platini 21 il sonra öz "hiyləsini" etiraf etdi
Mişel Platini 21 il sonra öz "hiyləsini" etiraf etdi19-05-2018, 12:05. Yazar: sevinc1 |
UEFA-ın sabiq prezidenti Mişel Platini 1998-ci il Fransada keçirilmiş futbol üzrə Dünya Çempionatının püşkatma mərhələsində "kiçik hiylə" işlətdiyini bildirib. Modern.az-ın məlumatına görə, həmin il UEFA təşkilat komitəsində işləmiş Platini Fransanın finalda Braziliya ilə qarşılaşaraq 3-0 hesabı ilə qalib gəldiyi final matçının təsadüfi olmadığını bildirib. O, Fransanın radio kanallarının birinə verdiyi müsahibə zamanı belə deyib: “Biz oyun cədvəlini hazırlayan zaman kiçik bir hiylə işlətdik. O vaxt üçün Braziliya-Fransa finalı hər kəsin arzusu idi. Braziliya və Fransa qrupu ilk pillədə başa vurduqlarından hər iki milli komanda finala qədər qarşılaşa bilməzdi”. Qeyd edək ki, Blatter və Platini 2015-ci ildə korrupsiyaya yol verdiyi üçün 1.3 milyon funt-sterlinq məbləğində cərimə olunub. Platiniyə 8 il müddətinə futbolla əlaqəli istənilən fəaliyyətlə məşğul olmağa qadağa qoyulub. Daha sonra apellyasiya şikayəti əsasında bu cəza 4 ilə endirilib. 62 yaşlı keçmiş Platini günahsız olduğunu deyir. O, yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində ifadə verib. aia.az Geri dön |