Ana Sayfa > Karusel / Ölkə > Nazirdən sərt çıxış: Bunu edən işçilər cəzalandırılacaq
Nazirdən sərt çıxış: Bunu edən işçilər cəzalandırılacaq17-05-2018, 15:59. Yazar: sevinc1 |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, S. Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. "Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir. Belə hallara yol verən əməkdaşlar aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacaq". aia.az Geri dön |