Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakı metrosunda tüstülənmə - Sərnişinlər qatardan çıxarıldı

Bakı metrosunda tüstülənmə - Sərnişinlər qatardan çıxarıldı


2-12-2015, 18:28. Yazar: admin

Bu gün saat 17:30 radələrində Bakı metropolitenində tüstülənmə olub.

Hadisə “28 may” stansiyasına gedən tuneldə baş verib.

Bununla əlaqədar, qatarların hərəkəti bir neçə dəqiqəlik dayandırılıb. Sərnişinlər qatardan çıxarılıb. Onların arasında panika yaşanıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tüstülənmə tuneldəki naqillərdə qeydə alınıb.

“Hazırda hadisənin səbəbləri aydınlaşdırılır”, - deyə o, əlavə edib.
Geri dön