Ana Sayfa > Karusel / Gündəm > Nazir Sahil Babayev 4 şöbə müdirini işdən çıxardı
Nazir Sahil Babayev 4 şöbə müdirini işdən çıxardı17-05-2018, 11:36. Yazar: sevinc1 |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir. aia.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, S.Babayevin əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb. Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır. Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb. aia.az Geri dön |