Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Təranə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılıb? - Açıqlama

Təranə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılıb? - Açıqlama


2-12-2015, 18:23. Yazar: admin

Prodüser Təranə Səmadova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılmasına münasibət bildirib.

“Qafqazinfo”ya açıqlamasında prodüser bu cür xəbərlərə güldüyünü qeyd edib:

“Əslində bu qədər aktual olmağım çox yaxşıdır. Respublikada bir sıra problemləri unutdurmağa mənim adım səbəb olur. Qoy, olsun, adımdan faydalansınlar. Ölkədaxili və xarici kriminal hadisələrində də adım çıxsa təəccüblənmərəm. Əgər Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılsaydım, rəsmi məlumatlarda adım çəkilərdi”.
Geri dön