Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Nardaran sakinləri yolu bağladılar

Nardaran sakinləri yolu bağladılar


1-12-2015, 09:59. Yazar: admin

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.
Geri dön