Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı deputatlar Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət ediblər

Azərbaycanlı deputatlar Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət ediblər


15-05-2018, 11:24. Yazar: sevinc1
Azərbaycanlı deputatlar Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət ediblər


Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkını ziyarət ediblər. Deputatlar görkəmli siyasi xadim Heydər Əliyevin parkdakı abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.


Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla, həmçinin Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşlər keçiriblər.

aia.az
Geri dön