Ana Sayfa > Karusel / Dünya > Paşinyan Putinə sərf edir – Rusiyalı politoloq

Paşinyan Putinə sərf edir – Rusiyalı politoloq


15-05-2018, 10:52. Yazar: sevinc1
Paşinyan Putinə sərf edir – Rusiyalı politoloq


Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının sammiti çərçivəsində Soçidə ilk görüşlərini keçirdilər.



Modern.az xəbər verir ki, görüşdə səslənən fikirlər əksər ekspertlərin fikrincə gözlənilən idi.

Moskva Beynəlxalq Əlaqələr İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin eksperti Mixail Alkesandrov da görüşlə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, Paşinyan Moskvaya sərf edir.



“Mənim üçün gözlənilməz olan Putinin Paşinyanın baş nazir seçilməsinə belə tez reaksiya verməsi oldu. Bunu gözləmirdim. Görüşdə tərəflərin səsləndirdiyi fikirlər isə gözlənilməz deyildi. Görünən odur ki, Rusiya rəsmiləri, Yerevana gedən deputat qrupu Putinə yeni baş nazirlə bağlı xeyli məlumat ötürmüşdü. Buna görə Putin Paşinyanın ona sərf etdiyi anlamışdı”.


aia.az
Geri dön