Ana Sayfa > Manşet / Gündəm > Avropa Gənclərinin Olimpiya Festivalı da Bakıda keçiriləcək - SƏRƏNCAM
Avropa Gənclərinin Olimpiya Festivalı da Bakıda keçiriləcək - SƏRƏNCAM15-05-2018, 10:35. Yazar: sevinc1 |
Prezident İlham Əliyev “Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb. aia.az xəbər verir ki, sərəncamla Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsi sədrinin müavini Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Təşkilat Komitəsinin üzvləri Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Mikayıl Cabbarov - Azərbaycan Respublikasının vergilər naziri Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ağacan Əbiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azər Əliyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi Fərid Mansurov - Olimpiya çempionu. Təşkilat Komitəsinə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. aia.az Geri dön |