Ana Sayfa > Karusel / Gündəm > Gömrük Məcəlləsinə dəyişikliklər ediləcək

Gömrük Məcəlləsinə dəyişikliklər ediləcək


14-05-2018, 17:17. Yazar: sevinc1
Gömrük Məcəlləsinə dəyişikliklər ediləcək



Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketi hazırlayır.



Modern.az xəbər verir ki, bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.



İ.Babayev bildirib ki, dəyişikliklər paketi yaxın zamanlarda baxılması üçün hökumətə təqdim olunacaq: "Son dövrlərdə idxal-ixrac əməliyyatları ilə bağlı fəaliyyətimiz Vergilər Nazirliyi ilə birgə nizamlanır ki, dəyişikliklərin bir hissəsi bu faktla bağlı olacaq. Ümumilikdə isə dəyişikliklər gömrük prosedurlarının sadələşdirilməsi, gömrük-buraxılışı məntəqələrindən sürətli keçidin təmin olunması ilə əlaqədardır".

aia.az
Geri dön