Ana Sayfa > Karusel / Təhsil > BDU “SABAH” qruplarına qəbul başlanıb
BDU “SABAH” qruplarına qəbul başlanıb14-05-2018, 15:47. Yazar: admin |
Bakı Dövlət Universitetində (BDU) 2018-2019-cu tədris ili üçün “SABAH” qruplarına qəbul qaydaları ilə bağlı görüş keçirilib. Universitetin Böyük akt zalında birinci kurs tələbələri ilə keçirilən görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qrupların fəaliyyət göstərdiyini, hazırda BDU-da 600 tələbənin “SABAH” qruplarında 12 ixtisas üzrə təhsil adlıqlarını deyib. Prorektor ali təhsil müəssisələri üzrə BDU “SABAH” qruplarının məzunlarının ən yüksək nəticələr göstərdiklərini qeyd edib. Sonra SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə “SABAH” qruplarının mahiyyəti, qəbul qaydaları və tədris prosesi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 61-dən aşağı olmayan tələbələr iştirak edə bilərlər. O, bu il BDU “SABAH” qruplarına Biologiya, Coğrafiya, Fizika, Kimya, Tarix və Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq, Kompüter elmləri, Psixologiya ixtisasları üzrə tələbə qəbulu aparılacağını söyləyib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin də qatıldığı görüşdə BDU SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova iştirak edib. AIA.Az Geri dön |