Ana Sayfa > Dünya > Gürcülər Saakaşvilini geri istəyir - Sorğu

Gürcülər Saakaşvilini geri istəyir - Sorğu


12-05-2018, 13:38. Yazar: sevinc1
Gürcülər Saakaşvilini geri istəyir - Sorğu


Gürcülərin 44%-i Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin eks-prezidenti Mixail Saakaşvilini bağışlamalı olduğunu düşünür.

Axar.az xəbər verir ki, bu nəticə Beynəlxalq Şəffaflıq Gürcüstan (Transparency International – red.) təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Saakaşvilinin bağışlanmağını istəməyənlər isə əhalinin 38%-ni təşkil edib.

Respondentlərin həmçinin 58%-i Gürcüstanda məhkəmə sisteminin hakim partiyanın nəzarətində olduğunu bildirib. 80% şəxs isə məhkəmələrdə vaxtilə ədalətsiz qərar qəbul edən hakimlərin işləməmələrini istəyiblər.

Gürcülər həmçinin Baş prokurorluq (57%), Daxili İşlər Nazirliyi (55%) və Dövlət Təhlükəsizlik Xidmətinin (55%) də hakim partiyanın maraqlarına xidmət etdiyini açıqlayıblar.

aia.az
Geri dön