Ana Sayfa > İdman > Muxtar Babayev AFFA-dakı vəzifəsindən getdi
Muxtar Babayev AFFA-dakı vəzifəsindən getdi11-05-2018, 14:03. Yazar: sevinc1 |
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib. AzVision.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında M.Babayevin istefası qəbul edilib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun. Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib. Xatırladaq ki, Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin olunub. aia.az Geri dön |