Ana Sayfa > Manşet / Gündəm > Fuad Ələsgərov: Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq

Fuad Ələsgərov: Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq


11-05-2018, 11:35. Yazar: sevinc1
Fuad Ələsgərov: Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq


Bu gün Azərbaycan Ordusu müasir silahlarla tam təmin edilib və Ali Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqları yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına malik ordudur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Ümummilli Lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" adlı layihənin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: "Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndidə dalğalanacaq".

F.Ələsgərov bildirib ki, Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına 70 il sonra sahib çıxıb:

"Artıq 28 ildir ki, Azərbaycan dövlətinin bayrağı enmədən dalğalanır. Bu bayraq bu gün regionda aparıcı dövlətə çevrilmiş güclü Azərbaycan dövlətinin bayrağıdır. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı Ümummilli Liderə borcludur. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan MDB-nin ən güclü ölkəsinə çevrildi, dövlət quruculuğu uğurla aparıldı, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün dünyanın aparıcı neft şirkətləri ilə müqavilə imzalandı".

Prezidentin köməkçisi bu gün Azərbaycanda aparılan siyasətin nəticəsi olaraq ölkədə ictimai-siyasi sabitliyin hökm sürdüyünü də söyləyib.

aia.az
Geri dön