Ana Sayfa > Karusel / İdman > Hakimi ölümlə hədələyən Arda Turana ağır cəza verildi

Hakimi ölümlə hədələyən Arda Turana ağır cəza verildi


11-05-2018, 08:54. Yazar: sevinc1
Hakimi ölümlə hədələyən Arda Turana ağır cəza verildi


"Başakşəhər”in və Türkiyə milli komandasının futbolçusu Arda Turan cəzalandırılıb.

aia.az-ın məlumatına görə, ulduz oyunçu 16 oyun yaşıl meydanlardan kənarda qalacaq.

Müqavilə ilə "Barselona”ya məxsus olan, icarə əsasında İstanbul klubunda forma geyinən yarımmüdafiəçi Türkiyə Superliqasının 32-ci turunda "Sivasspor”la matçda baş hakimə hücum etdiyi üçün 10, yan xətt hakimini ölümlə hədələdiyi üçün 3 və həmçinin təhqir etdiyi üçün daha 3 oyun cəza alıb.

O, həmçinin 39 min lirə cərimə də ödəyəcək. (apasport.az)

aia.az
Geri dön