Ana Sayfa > Manşet / Siyasət > “Onun gördüyü işlər insanı heyrətə gətirir” – Oqtay Əsədov
“Onun gördüyü işlər insanı heyrətə gətirir” – Oqtay Əsədov10-05-2018, 12:17. Yazar: sevinc1 |
“1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir”. Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında spiker Oqtay Əsədov deyib. Spiker bildirib ki, hər iki dövrdə Heydər Əliyevin yüksək idarəçiliyi sayəsində Azərbaycan ən mühüm inkişaf yolunu keçib. “Ulu öndər müstəqillik yollarında maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilib, xalqın mənafeyinin müdafiəsi üçün əsaslar genişləndirilmişdi”. O bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib. “İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə qarşı düşmənçilik mövqe tutanlara qarşı ən böyük maneə idi”. O. Əsədov söyləyib ki, Heydər Əliyevin Sovet hakimiyyətindən vəzifədən uzaqlaşdırılması Azərbaycana qarşı hazırlanan məkrli planın ilk addımı idi. Spiker deyib ki, 1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi Azərbaycanı uçuruma sürükləyirdi. “Lakin ümumilli liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Ulu öndərin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai siyasi həyatı üçün çox böyük əhəmiyyət olan bir sıra qərarlar qəbul edib.1993-2003-cü illərdə onun həyata keçirdiyi işlər öz miqyasına görə, insanı heyrətə gətirir. Ulu öndər Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını almış oldu. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi, qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu”. Heydər Əliyevin hakimiyyəti dövründə mühüm islahatların həyata keçirildiyini deyən O. Əsədov söyləyib ki, görülən işlər nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı. “Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların Qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis ulu öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktlarını qəbul edib”. Spiker qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi-demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb: "Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ”. O. Əsədov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməz və unudulmazdır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır, öz siyasətində yalnız Azərbaycan xalqına arxalanır”. Milli Məclisin sədri qeyd edib ki, parlament müasir Azərbaycanda xalqın suveren hüquqlarını müdafiə edən orqandır. “Heydər Əliyevdən güc almış inkişaf strategiyası prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da gözəl günlərə yaşamasında əsas rol oynayacaq”. aia.az Geri dön |