Ana Sayfa > Karusel / Ölkə > Rauf Talışinski dəfn edildi - YENİLƏNİB

Rauf Talışinski dəfn edildi - YENİLƏNİB


9-05-2018, 14:11. Yazar: sevinc1
Rauf Talışinski dəfn edildi - YENİLƏNİB


Bakıda Təzəpir məscidində mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilib.



Modern.az-ın məlumatına görə, tanınmış qələm sahibi "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.



Ötən gün respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.


1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.



R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo" qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo" qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.


aia.az
Geri dön