Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Səhiyyə Nazirliyinin rəhbərliyi kimlərin hədəfindədir?
Səhiyyə Nazirliyinin rəhbərliyi kimlərin hədəfindədir?9-05-2018, 10:27. Yazar: sevinc1 |
Elsevər Ağayevin fəaliyyəti bəzi “formokoloji işbazlar”ı ciddi narahat edir Məlum bir həqiqətdir ki, kütləvi informasiya vasitələri ictimai təsir vasitəsi kimi hər zaman müəyyən dairələrin diqqət mərkəzində olublar. Hər hansı mövzuya dair ictimai rəyin formalaşdırılmasında isə, aydındır ki, mətbuatın rolu demək olar ki, əvəzolunmazdır. Təbii ki, bütün bu imkanlar media nümayəndələri tərəfindən düzgün qiymətləndirilməli və ən əsası da düzgün istifadə olunmalıdır. Lakin təəssüflər olsun ki, bəziləri yüngül qazanc əldə etmək məqsədilə, özlərinin, daha doğrusu öz qələmlərinin çox asanlıqla digərlərinin əlində bir silaha çevrilmələrinə razı olurlar. Nəticədə isə, həm çap, həm də internet mətbuatının səhifələrində ümumiyyətlə Azərbaycan jurnalistikasına yaraşmayan cəfəngiyyat, böhtan, bəzən isə hətta təhqir dolu yazılar yer almağa başlayır. Bir çox hallarda bu səpkili materialları hazırlayan və onları öz saytlarında (qəzetlərində) yerləşdirən həmkarlarımız çox ciddi bir məqamı diqqətdən kənarda qoyurlar. Bu məqam isə, təbii ki, bu və ya digər şəxs barədə mənfi rəy yarada biləcək yazını sifariş edən insanın əsil məqsədləri ilə bağlıdır. Gəlin məsələni qısa da olsa, konkret bir misal üzərində təhlil etməyə çalışaq. Son vaxtlar ünvanına mətbuatda yerli-yersiz ittihamların səsləndirildiyi dövlət məmurlarından biri də Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Elsevər Ağayevdir. Əgər diqqət etsək, aşkar sifarişli xarakter daşıyan bu yazıların müəyyən dövrlərdə daha çox intensivləşdiyini görə bilərik. Ehtimal etmək olar ki, məhz həmin dövrlərdə Səhiyyə Nazirliyində qəbul olunmuş müəyyən qərarlar kimlərinsə şəxsi biznes maraqları ilə ziddiyyət təşkil edib. Əgər Elsevər Ağayevin də Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiri və SN-nin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri kimi vəzifələri daşıdığını nəzərə alsaq, bu zaman artıq “atılmış oxun yayını” axtarmaq üçün konkret istiqamətlər müəyyənləşir. Gəlin bir müddət bundan əvvəl bütün ölkə ərazisində fəaliyyət göstərən apteklərdə baş alıb gedən hərc-mərcliyi, özbaşınalıqları xatırlayaq. Təbii ki, bu xaosda bir çoxları yüksək qazanc əldə etməyin asan yollarını tapmışdılar. Lakin nəhayət ki, yaradılmış qayda-qanun, vahid qiymət tarifləri, dərman preparatlarının mənşəyinə olunan dövlət nəzarəti və digər tədbirlər bu özbaşınalıqlara son qoydu. Əlbəttə bu islahatlardan qazanan xalq, itirən bəzi işbazlar oldu. Bundan dərhal sonra da mətbuatda Səhiyyə Nazirliyinin rəhbərliyində olan kadrlara, xüsusən də Elsevər Ağayevə qarşı yazılar dərc olunmağa başlandı. Halbuki, ən azından bu görülən işlərə görə SN-nin rəhbərliyinə, o cümlədən Elsevər müəllimə də bir “çox sağ olun!” demək lazım idi... Və yaxud da götürək digər bir epizodu. Yenə də bir müddət əvvəl, Elsevər Ağayevə qarşı bəzi bətbuat orqanları tərəfindən növbəti “hücumlar”ın təşkili ərəfəsində, Səhiyyə Nazirliyində Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilmişdi. İclasın gündəliyinə isə, bəzi konkret dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması məsələsi də daxil edilmişdi. Nəticədə isə, həmin dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gəlinən sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq, həmin preparatların respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınmışdı. Halbuki, bu qərar qəbul edilənə qədər, sözügedən dərman preparatlarını bəzi apteklərdən hətta orta məktəb şagirdləri də maneəsiz ala və narkotik kimi istifadə edə bilirdilər... Dediyimiz kimi, yenə də bu qərardan sonra Elsevər Ağayev müəyyən qüvvələr tərəfindən “hədəfə alındı”. Əlbəttə, bu qara-piar kampaniyalarının böyük hesabla kiməsə bir ziyanı olduğunu demək olmaz. Amma istənilən halda, insanın yaxşı işinə görə ona təşəkkür etmirsənsə, ən azından pis demə. Sonda isə, Elsevər Ağayev barədə oxucularımıza bir qədər daha ətraflı məlumat təqdim etmək istərdik: Ağayev Elsevər Məmməd oğlu – 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Səhiyyə Nazirliyinin “Farmokologiya və xalq təbabəti” elm - istehsalat birliyində mütəxəssis, 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri, baş direktor olmuşdur. 1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən il AR Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Səhiyyənin əczaçılıq işləri üzrə elmlər namizədidir. 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. SN-nin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir. aia.az Geri dön |