Ana Sayfa > Manşet / Siyasət > XİN xarici jurnalistlərin Paşinyanın Qarabağdakı mətbuat konfransında iştirakına icazə verdi

XİN xarici jurnalistlərin Paşinyanın Qarabağdakı mətbuat konfransında iştirakına icazə verdi


9-05-2018, 10:13. Yazar: sevinc1
XİN xarici jurnalistlərin Paşinyanın Qarabağdakı mətbuat konfransında iştirakına icazə verdi




Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, artıq “Financial Times”, “Associated Press”, “France Press” kimi media qurumları rəsmi məktubla Azərbaycan Respublikası XİN-ə müraciət ediblər.



XİN rəsmisi bildirib ki, onlar işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş ediblər.



“Sözügedən beynəlxalq KİV-in ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib.



Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü Azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər”-deyə H.Hacıyev bildirib.



Onun sözlərinə görə, Azərbaycan xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edir.



“Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”.

aia.az
Geri dön