Ana Sayfa > Manşet / Qərbi Azərbaycan / Seçilənlər > 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi işdən kənarlaşdırıldı - VİDEO

1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi işdən kənarlaşdırıldı - VİDEO


8-05-2018, 12:19. Yazar: admin
1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi işdən kənarlaşdırıldı - VİDEO



Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.


Nazirlik rəsmisi baş həkimin vəzifəsindən azad edilmədiyini vurğulayıb:


“Bir dəfə araşdırma aparıldı. Artıq ikinci dəfə araşdırmaya başlanılıb. Nəhayət Əliyeva vəzifəsindən azad edilməyib”.



S.Əhmədovanən sözlərinə görə, baş həkimin səlahiyyətlərinin icrası müvəqqəti olaraq müavinə tapşırılıb.


Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun 1 saylı Körpələr Evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda Körpələr Evinə gətirilən qida məhsulları, uşaq bezlərinin işçilər tərəfindən binanın girişindən böyük ağ torbalarla “Prado” markalı maşına daşındığı əks olunmuşdu. Həmin vaxt Səhiyyə Nazirliyi Körpələr Evindən daşınan torbalarda yuyulmaq üçün aparılan mələfələr olduğunu açıqlamışdı.

aia.az


Geri dön