Ana Sayfa > İdman > PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?

PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?


7-05-2018, 16:47. Yazar: sevinc1
PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?


Rumıniyalı müğənni Seeyanın Azərbaycan kubokunun final oyunundan əvvəl təşkil olunacaq konsert üçün alacağı təqribi qonorar müəyyənləşib.

"Papito" mahnısı ilə məhşurlaşan müğənniyə 1 saatlıq konsert proqramı üçün ödəniləcək məbləğin 3 min avrodan (6 min manat) çox olmadığı güman edilir. Çünki Seeya ölkə xaricində çıxış etmək üçün minimum 3 min avro tələb edir.

Qeyd edək ki, kubokun finalında "Keşlə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Oyun mayın 28-si, saat 20:00-da Qəbələdə keçiriləcək.

Qol.az

aia.az
Geri dön