Ana Sayfa > Manşet / Ölkə > Havadan nə üçün pis qoxu gəlir? - Nazirlikdən açıqlama
Havadan nə üçün pis qoxu gəlir? - Nazirlikdən açıqlama5-05-2018, 12:30. Yazar: sevinc1 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub. Məlumatda qeyd olunur ki, 4 may tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib: "Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib”. aia.az Geri dön |