Ana Sayfa > Manşet / Ölkə > Xaçmaza 3 milyon pul ayrıldı - Sərəncam

Xaçmaza 3 milyon pul ayrıldı - Sərəncam


4-05-2018, 16:56. Yazar: sevinc1
Xaçmaza 3 milyon pul ayrıldı - Sərəncam




Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

aia.az
Geri dön