Ana Sayfa > Karusel / Aia TV > "Xoşlayıram ki, seçəcəyim kişinin yanında mən daha zəif olum" - Renka

"Xoşlayıram ki, seçəcəyim kişinin yanında mən daha zəif olum" - Renka


4-05-2018, 15:40. Yazar: sevinc1





"İndi təmiz sevgi yoxdur, hər şey pulla ölçülür".


aia.az-ın məlumatına görə, bu sözləri tanınmış rəqqasə Renka “Muz Life”a açıqlamasında deyib.

Cazibədar rəqqasə sənət yenilikləri və şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. Rəna xaricdən iş təklifi aldığını söyləyib:

“İki ay istirahət edəcəm, öz şəhərimizdə dincələcəm. Beşgünlük başqa ölkəyə gedəcəm. Ordan iş təklifi almışam, klip çəkdirəcəyəm”.

O, ən böyük arzusunun “sevgi şəhəri” olan Parisdə seçəcəyi insanla dincəlmək olduğunu etiraf edib:

“Ən böyük arzum Fransada dincəlməkdir. Parisi sevirəm. Əslində bu dəqiqə gedərəm amma səfərimi o insanla planlaşdıraram ki, həm romantikanı yaşayım, həm də deyirlər Paris sevgi şəhəridir, bu hissləri yaşamaq istəyirəm. Hələ ki, o səfər çətindir”.

Gələcək həyatında seçəcəyi bəyin özündən güclü olmağını arzulayan Ağamuradova son illərdə təmiz sevginin olmamasından gileylənib:

“O insan xaraktercə məndən çox güclü olmalıdır, çünki mən güclü qadınam. Xoşlayıram ki, seçəcəyim kişinin yanında mən daha zəif olum. Heç bir məhdudiyyət olmasın. Hamı bilir ki, mən oğlan kimiyəm. Hər şeyin öhdəsindən gəlirəm. Bilmirəm, elə bir insan tapa bilmirəm ki, məndən güclü olsun. Ya zəmanə dəyişib, ya da nə isə... İndi sevgi də pulla ölçülür”.

aia.az
Geri dön