Ana Sayfa > Karusel / Ölkə > “Əvvəllər xeyli rüşvətxorluq faktı qeydə alınırdı” - Nazir müavini

“Əvvəllər xeyli rüşvətxorluq faktı qeydə alınırdı” - Nazir müavini


4-05-2018, 15:36. Yazar: sevinc1
“Əvvəllər xeyli rüşvətxorluq faktı qeydə alınırdı” - Nazir müavini




“Azərbaycanda ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslər mənzillə təmin olunur. Bununla bağlı 2014-2018-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Növbəti 4 illiyə dair proqram qəbul olunacaq, o zaman bu kateqoriyadan olan əlillər diqqət mərkəzində olacaq”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Nazir müavini əlillərin işə götürülməməsi məsələsinə toxunub. Bildirib ki, qanunvericilikdə müəssisələrdə əlillər üçün iş kvotası müəyyən edilib. Bu kvotaya əməl etməyənlərlə bağlı cəzalar nəzərdə tutulur: “İnzibati Xətalar Məccələsinə bu məbləğ 45 manatdır. Düşünürəm ki, bunu artırmaq lazımdır. Çünki əlili işə götürməyən müəssisə rahatlıqla 45 manatı ödəyə bilər”.

N.Məmmədov qeyd edib ki, əlilliyin təyin olunmasında vətəndaş-məmur münasibəti sıfıra enib.

“Əvvəllər bu sahədə xeyli rüşvətxorluq faktı qeydə alınırdı. Bu gün demək olar ki, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər yoxdur”.

aia.az
Geri dön